"Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.
Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ" qarşılaşmaya uğursuz başlayıb.15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı 36-cı dəqidədə Kennet Teylor açıb.74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom təyin edib.
2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da "Qarabağ” oyunu 9 nəfərlə tamamayıb.
Komanda növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi "Bodo Qlimt”ə qarşı keçirəcək.
20:45
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
19:54
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda baş tutacaq "Qarabağ” – "Ayaks" (Niderland) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Qarabağ": Mateuş Koxalski, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun 20:45-də başlayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !