"Qarabağ" və "Bayer 04" oyunu bitdi - YENİLƏNİB

23:41 | 07.03.2024

"Qarabağ" və "Bayer 04" oyunu bitdi - YENİLƏNİB

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində "Qarabağ” - "Bayer” oyunu bitdi.Hesab - 2:2

Komandalar arasında cavab matçı 1 həftə sonra Leverkuzendə keçiriləcək.

 ***
Almanlar 90+2-ci dəqiqədə hesabı bərabərləşdirir - 2:2 
***
71-ci dəqiqədə hesab arasındakı fərq azalır: 2:1
 ***
Juninyo 45+2-ci dəqiqədə hesabı 2:0 edir.
 ***
26-cı dəqiqədə Yassin Benzia hesabı açdı - 1:0.
 
 21:45

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.
 
 21:00
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda Bakıda üz-üzə gələcək "Qarabağ" və Almaniyanın "Bayer" komandasının start heyətləri açıqlanıb.Bu barədə UEFA-nın rəsmi saytında xəbər verilib.
 
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
 
"Qarabağ": Andrey Lunyov, Tural Bayramov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Yassin Benzia, Ulio Romao, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Juninyo Olavio. Baş məşqçi: Qurban Qurbanov.
 
"Bayer”: Kovar, Alexandro Qrimaldo, Tapsoba, Conatan Tah, Kassunu, Adli, Andrix, Palasios, Tella, Borxa İqlesias, Hlojek. Baş məşqçi: Xabi Alonso.
 
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb