Mina qurbanları "Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü"ndə futbol oynayıb - Video

17:13 | 04.04.2024
Mina qurbanları

Mina qurbanları "Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü"ndə futbol oynayıb - Video

Vətən müharibəsindən indiyədək 350 nəfər mina partlayışının qurbanı olub, 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb. Bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. 
 
O bildirib ki, Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən bu günədək 3429 nəfər azərbaycanlı minadan zərər çəkib. Onların əksəriyyəti mülki şəxslərdir - 358 nəfəri uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır.
 
4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü münasibətilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə "Qarabağ” və "Neftçi” amputant futbol komandalarının oyunu keçirilib.

Amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər Liqasında "D” divizionunu 2-ci pillədə tamamlayaraq 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

BMT Baş Assambleyasının 2005-ci ildə qəbul etdiyi Qətnamə ilə 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd edilir. BMT 2022-ci ildən bu günü "Təhlükəsiz yer, təhlükəsiz addım, təhlükəsiz ev” devizi altında keçirməyə başlayıb.
 
 
 
 
İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;
Qeyd:Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.  
 
Aytac Zeynalova
 


 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb