Bütün vətəndaşlar bu tarixdən Qarabağa səfər edə biləcək- RƏSMİ

11:08 | 18.01.2022
Bütün vətəndaşlar bu tarixdən Qarabağa səfər edə biləcək- RƏSMİ

Bütün vətəndaşlar bu tarixdən Qarabağa səfər edə biləcək- RƏSMİ

Yanvarın 24-dən işğaldan azad olunmuş ərazilərə səfər etmək mümkün olacaq. 

Anews.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev deyib. 
 
Qiymətlər belədir:

- Bakı-Şuşa-Bakı - 10.40 AZN
- Bakı-Ağdam-Bakı - 9.40 AZN
- Əhmədbəyli-Şuşa - 7 AZN
- Bərdə-Ağdam-Bərdə - 5 AZN
- Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN

Əhmədbəyli-Şuşa istiqamətində həftədə 4, digər marşrutlar üzrə 2 dəfə təşkil olunacaq.
 
Avtobuslar  Bakıdan 6:30-da Bakı avtovağzalından, Bərdə və Əhmədbəylidən isə saat 10-da Əhmədbəyli və Bərdə avtovağzalından yola düşəcək.

COVID pasportu olan hər bir vətəndaş bu imkandan istifadə edə biləcək. Bilet satışı sistemi "ASAN" xidmət tərəfindən hazırlanıb. 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb