Qarabağa qanunsuz səfər edən 36% insan mina qurbanı olub - Rəsmi/VİDEO

Mina hadisələrinin 36% Qarabağda icazəsi olmayan ərazilərə qanunsuz səfərlərin nəticəsində baş verib. Bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
"Bəzi insanlar icazə almadan hansısa başqa yollarla, o ərazilərə müxtəlif məqsədlərlə daxil olublar. 24%-i kənd təsərrüfatı fəaliyyətinin icrası zamanı baş verib, 21%-i xidməti vəzifələrini yerinə yetərərkən, 19%-i isə infrakstruk işlərini həyata keçirən zaman minaların partlaması hadisəsi baş verib", - Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunan mətbuat konfransında deyib.
İkinci Qarabağ Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub.
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 