Qarabağda 10-11 erməniəsilli vətəndaşın qaldığı deyilir

11:51 | 28.03.2024
Qarabağda 10-11 erməniəsilli vətəndaşın qaldığı deyilir

Qarabağda 10-11 erməniəsilli vətəndaşın qaldığı deyilir

Qarabağda separatçı rejimin saxta "prezidenti" Samvel Şahramanyan hazırda orada 10-11 erməniəsilli vətəndaş qaldığını deyir. Bu barədə Şahramanyan  Le Figaro qəzetinə müsahibəsində bildirib.  
 
"Bunlar hərəkət edə bilməyən və ya qohumlarının məzarlarının yanında olmaq istəyən əlil və ya xəstə insanlardır", - o müsahibəəsində söyləyib. 
 
Şahramanyan əlavə edib ki, Qarabağda keçirilən antiterror əməliyyatından sonra orada qalan onlarla vətəndaş Qırmızı Xaç vasitəsilə Ermənistana qayıdıb.  

Hazırda Qarabağda yaşayan erməniəsilli vətəndaşların sayı ilə bağlı heç bir rəsmi statistika yoxdur. 
 
Sentyabrın 19-da Azərbaycanın Qarabağda antiterror əməliyyatından sonra reinteqrasiya ilə bağlı rəsmi sayt yaradılıb. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər, eləcə də Qarabağa getmək istəynlər həmin saytda qeydiyyatdan keçə bilər. 
 
Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 

Hazırda sülh müqaviləsi üzərində danışıqlar gedir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb