Qarabağda 100-dən çox bələdiyyə yaradıla bilər

13:19 | 11.10.2024
Qarabağda 100-dən çox bələdiyyə yaradıla bilər

Qarabağda 100-dən çox bələdiyyə yaradıla bilər

Gələcəkdə Qarabağda 100-dən çox bələdiyyənin yaradılması planlaşdırılır. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasda deyib.
 
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə kəndlərin yenidənqurma və bərpası bitdikdən sonra bu məsələ daha dəqiqləşəcək. 
 
2024-cü il Azərbaycanda bələdiyyə seçkiləri keçirilməsi planlaşdırılır. 
 
Milli Məclisdə bələdiyyələrlə bağlı qanun müzakirə mərhələsindədir. Belə ki, əhali sayı 3 mindən az olan bələdiyyələrin birləşdirilməsi təklif olunur. 
 
Azərbaycanda hazırda 1606 bələdiyyə fəaliyyət göstərir. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM