Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərasizində daha bir erməni əsgəri ölüb. Belə ki, Ermənistan ordusunun əsgəri Ayk Taranoviç Marqaryan adlı hərbi qulluqçu işğal altındakı Dağlıq Qarabağ ərazisində ölüb.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Ayk Taranoviç Marqaryan adlı hərbi qulluqçunun meyiti aşkarlanıb.
Ermənistan Müdafiə Nazirliyi də əsgərin hansı şəraitdə öldüyünü açıqlamır.
Qeyd edək ki, bu gün Andranik Araratoviç Qriqoryan adlı əsgər Azərbaycan Ordusuna təslim olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !