Qarabağda erməni vətəndaşlar üçün növbəti yardım göndərilib

10:35 | 28.09.2023
Qarabağda erməni vətəndaşlar üçün növbəti yardım göndərilib

Qarabağda erməni vətəndaşlar üçün növbəti yardım göndərilib

Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün 32 ton benzin göndərilib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
 
"Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir. Sentyabrın 27-də bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 32 ton benzin dolu növbəti avtomobil yola salınıb", - açıqlamada deyilir. 
 
Azərbaycan tərəfi bundan əvvəl də Qarabağa erməni vətəndaşaları üçün bir neçə dəfə benzin, qida və dərman yardımı göndərib. 
 
Sentyabrın 21-də Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə Rəsmi Bakı nümayəndələri arasnda görüş keçirilib. Görüşdə erməni tərəfinin nümayəndələri Xankəndində qida və yanacağa ehtiyac olduğunu açıqlayıb. Azərbaycan tərəfi onlara ehtiyaclarının qarşılanması barəsində yardım edəcəyini bildirib. 
 
Sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın dəhlizi və Ağdam yolu ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılmasını həyata keçirdiyini açıqlayıb. 
 
Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük maşını  Ağdam rayonundan keçərək  Ağdam-Əskəran yolu ilə Xankəndinə çatdırılıb. 
 
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
 
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yük olub.  
 
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti