Qarabağda işləmək üçün 10-a yaxın Çin şirkətindən müraciət almışıq - KOBİA sədri

12:25 | 08.07.2024
Qarabağda işləmək üçün 10-a yaxın Çin şirkətindən müraciət almışıq - KOBİA sədri

Qarabağda işləmək üçün 10-a yaxın Çin şirkətindən müraciət almışıq - KOBİA sədri

Qarabağda fəaliyyət göstərmək üçün indiyə kimi 10-a yaxın Çin şirkəti müraciət edib. Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. 
 
"Çin şirkətlərinin ölkədə yaradılan biznes və investisiya mühitindən yararlanmaq imkanları böyükdür. KOBİA-nın əsas hədəflərindən biri Qarabağda biznes sektoruna dəstək olmaqdır. Azad edilmiş zonalarda həm xarici, həm də yerli sektora edilən müraciətlərə baxırıq. Burada prioritet sahələr tikinti, turizm, mədənçıxarma, nəqliyyat, kənd təsərrüfatı, istehsalat və digər sahələrdir", -  Məmmədov Bakıda keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda bildirib.
 
Bir neçə gün öncə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti Sədrinin birinci müavini Natiq Həsənov bildirib ki, Qarabağda 220-dən artıq layihə icra olunur.  80-dən artıq layihə üzərində tamamla işləri gedir. 
 
Qurum rəsmisi vurğulayıb ki, rezidentlərin Qarabağda fəaliyyət göstərməsinə maraq çoxdur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM