Qarabağda sahibkarlıq fəaliyyət göstərmək üçün 895 yerli, 463 xarici müraciət daxil olub, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Zamin Bədirxanov "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda təşkil olunan konfransda deyib.
Nazirliyin nümayəndəsinin sözlərinə görə müraciətlərin 587-si investisiya layihəsi üzrə olub.
2023-cü il yanvarın 1-dən azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !