Qarabağda müalicə alan 6 xəstə Ermənistana aparılıb

08:57 | 23.01.2023
Qarabağda müalicə alan 6 xəstə Ermənistana aparılıb

Qarabağda müalicə alan 6 xəstə Ermənistana aparılıb

 Xankındində tibb Mərkəzində müalicə olunan altı xəstə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi və müşayiəti ilə şənbə günü Ermənistanın müxtəlif xəstəxanalarına aparılıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bundan əvvəl, BQXK-nın vasitəçiliyi və müşayiəti ilə ümumilikdə 42 xəstə Xankəndindən Ermənistana köçürülüb.
 
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi  də azərbaycanlı ekoloqlara cavab olaraq  iki etiraz aksiyası təşkil ediblər.  Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.   
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM