Qarabağda Rusiyaya GÜZƏŞT

22:11 | 28.09.2017
Qarabağda Rusiyaya GÜZƏŞT

Qarabağda Rusiyaya GÜZƏŞT

Türkiyədən aralarında keçmiş millət vəkili Ufuk Uras da daxil olmaqla bir sıra jurnalist və televiziya aparıcıları Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. ABŞ Dövlət katibi Reks Tillersonun Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korkerə yazdığı məktubda 30 xüsusi səfir vəzifəsinin ləğv edilməsi təklif olunur. Türkiyə Xarici İşlər Nazirliyi Şimali İraqdakı ölkə vətəndaşlarına müraciət edib. Türkiyə İraqla neft ticarətində yalnız mərkəzi Bağdad hökumətini tərəf kimi nəzərə alacaq. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edib.

ABŞ Dövlət katibi Reks Tillerson Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korkerə məktub yazaraq, 30 xüsusi səfir vəzifəsinin ləğv edilməsini təklif etdi. Məktubda xüsusi diqqət çəkən məqam ABŞ həmsədrlik postunu ləğv etmək istəyidir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini aparan ATƏT-in Minsk qrupunda amerikalı həmsədrin olmaması deməkdir.

Tramp Administrasiyasının bu təşəbbüsü xərclərin optimallaşdırılması kimi dəyərləndirilir. Lakin ekspertlər bunun ABŞ-ın münaqişələrin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasına əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünür. Hesab edilir ki, ABŞ Minsk qrupunda Fransa və Rusiya missiyasına güzəştə gedir, bu isə Qarabağ münaqişəsinin Vaşinqton üçün prioritet olmadığını deməyə əsas verir.
ABŞ-ın "Beynəlxalq münasibətlər üzrə şura” analitik mərkəzinin saytında keçmiş amerikalı həmsədr Kerri Kavano və Pol Steyrasın birgə məqaləsində deyilir ki, Vaşinqtonun bu addımı Fransa və Rusiyaya açıq-aşkar güzəşt etmək deməkdir.

Türkiyədən aralarında keçmiş millət vəkili Ufuk Uras da daxil olmaqla bir sıra jurnalist və televiziya aparıcıları Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Türkiyədən gələnləri Xankəndində qondarma "DQR”-in "xarici işlər naziri” Karen Mirzoyan qəbul edib. Mirzoyan "Dağlıq Qarabağ xalqının azadlıq” mübarizəsindən danışıb. Qondarma rejimin münaqişənin sülh yolu ilə həlli üçün göstərdiyi "səylərdən” bəhs edib.

Türkiyədən gələn şəxslər Xankəndində "Artsax FM” radiosunun da qonağı olub.

Bu məsələyə sərt reaksiya verən Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl Türkiyənin təzadlar ölkəsinə çevrildiyini qeyd edib.



Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb.



Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlanıb. Ankarada Prezident Sarayında Türkiyə prezidenti Pəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş keçiriləcək.

Görüşlərdə bir sıra ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunacaq.

Türkiyə İraqla neft ticarətində yalnız mərkəzi Bağdad hökumətini tərəf kimi nəzərə alacaq.İraq hökuməti Bağdad və Ankara arasında neft ticarəti mövzusunda razılıq əldə etdiyini açıqlayıb.

"Türkiyə xam neft ixracatı üçün Bağdad hökuməti ilə prinsipcə razılaşdı”, - bəyanatda deyilir.

Qeyd edək ki, Türkiyə indiyə kimi neft ticarətini Şimali İraq kürd muxtariyyəti ilə edirdi. Sentyabrın 25-də kürd muxtariyyətində keçirilən referendumdan sonra Ankara və Bağdad Ərbilə qarşı birgə addımların atılması mövzusunda razılaşıblar.

Şimali İraq kürd muxtariyyətinin hakimiyyəti İraq pasportlarının verilməsini dayandırıb. Bu haqda Ərbil əyalətinin pasport bölməsinin başçısı Didar Ömər bildirib.

Onun sözlərinə görə, Ərbil əyalətində ilin əvvəlindən 68 min İraq pasportu verilmişdi.

Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Dünən referendumun rəsmi nəticələrini açıqlanıb. Səsvermədə iştirak edənlərin 92,73 faizi müstəqilliyə səs verib.

Şimali İraq kürd muxtariyyətinin paytaxtı Ərbil şəhərinə bütün xarici uçuşlar cümə günündən dayandırılır.Bu haqda AFR agentliyinə Ərbil beynəlxalq hava limanının rəhbəri Talar Faiq Saleh bildirib.

O, Ərbilə bütün xarici uçuşların cümə günü axşam saat 18:00-dən etibarən dayandırılacağını deyib. Xarici aviaşirkətlərin bu qərarının İraq hökumətinin tələbi ilə bağlı olduğu bildirilir.

İraq Kürd Muxtariyyəti müstəqillik referendumu ilə özünü alovun ortasına atıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"İraq Kürd Muxtariyyəti müstəqillik referendumu ilə özünü alovun ortasına atıb. Dövləti idarə etmək bir tayfanın rəisi olaraq məsələni həll etməklə olmur.
72% insan referenduma qatıldı və bunun 92%-i müstəqilliyə "hə” dedi? Buradakı çevrilişlər zamanı referendumlarda 90-95% "hə” deyənləri biz çox görmüşük. Türkmanlara bu torpaqlarda zülm edilir. Onların haqlarına, hüququna əsla nəzər yetirmirlər. İraqdakı referenduma sərt reaksiyamızın səbəbi türklərin, kürdlərin, ərəblərin və digərlərinin yaxşılığı üçündür”, - o deyib.

Türkiyə Xarici İşlər Nazirliyi Şimali İraqdakı ölkə vətəndaşlarına müraciət edib. Nazirlik Şimali İraqa uçuşlar dayandırılmadan əvvəl Türkiyə vətəndaşlarını bölgəni tərk etməyə çağırıb.

Qeyd edək ki, İraq Mülki Aviasiya Baş İdarəsi 2017-ci il sentyabrın 29-da yerli vaxtla saat 18:00-dan etibarən Şimali İraq kürd muxtariyyətinin nəzarətində olan Ərbil və Süleymaniyyə hava limanlarına beynəlxalq aviareyslərin təxirə salınacağını açıqlayıb.

"Soyuq müharibə”nin tamamlanmasından sonra ümid edirdik ki, Rusiya etibarlı partnyor olacaq”. Bunu NATO-nun Avropadakı güclərinin komandanı, general-leytenan Ben Hoces Almaniyanın "Frankfurter Allgemeine” qəzetinə deyib.

Onun sözlərinə görə, Moskvanın planları barədə birinci xəbərdarlıq 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə olmalı idi.

Gözlənildiyi kimi, Vladimir Putin ilin sonunda dördüncü prezidentlik müddətinə gedib-getməmək barədə qərarını elan edəcək. Hələ o da dəqiq deyil ki, onun namizədliyi özü, yoxsa "Vahid Rusiya” Partiyası tərəfindən irəli sürüləcək. Həmçinin aydın deyil ki, Putin seçicilərə hansı proqramı təqdim edəcək. Amma əsas məsələ odur ki, dövlətdə ikinci postu - baş nazir kreslosunu kim sahiblənəcək. Bir neçə variant var: Dmitri Medvedevin bu postda saxlanılmasından tutmuş, baş nazir vəzifəsinin ləğvinə qədər.

Gazeta.ru saytının mənbələrinin məlumatına görə, hökumət aparatı və əsas nazirliklərin yüksək vəzifəli əməkdaşlarınınə bir hissəsi yeni iş yeri axtarırlar.
Onlar 2018-ci ilin martında prezident seçkiləri ərəfəsində hökumətdəki istefalara və yeni kabinetin formalaşmasına hazırlaşırlar. Kimsə Dmitri Medvedevin baş nazir postunda qalacağını hesablamır.

Gazeta.ru baş nazir postuna potensial namizədlərin reytinqini təqdim edib.

Suriyanın Deyr-ez-Zor əyalətində bir Rusiya əsgəri həlak olub, ikisi əsir götürülüb. Bu haqda İŞİD-in terror qruplaşmasının "Amak” informasiya agentliyi bildirib.

Bildirilir ki, rusiyalı Şulya qəsəbəsi üçün döyüşlərin gedişatında həlak olub. İŞİD-in bəyanatı ilə əlaqədar Rusiyanın Müdafiə Nazirliyi rəsmi şərh verməyib.

Ömər Dağlı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti