Qarabağda sülhməramlıları öldürən şübhəli şəxslər saxlanılıb

15:33 | 21.09.2023
Qarabağda sülhməramlıları öldürən şübhəli şəxslər saxlanılıb

Qarabağda sülhməramlıları öldürən şübhəli şəxslər saxlanılıb

Qarabağda hərbi əməliyyatlar nəticəsində Rusiya sülhməramlılarının ölümündə tabeliyində olan hərbi qulluqçular təqsirli olan Azərbaycan Silahlı Qüvvələrinin korpus komandiri vəzifəsindən azad edilib. Bu barədə TASS agentliyi Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, Qarabağda Rusiya sülhməramlılarının ölümü ilə bağlı işdə şübhəli bilinən ilk şəxslər saxlanılıb.

Azərbaycan prezidenti İlham Əliyev Rusiya sülhməramlılarının Qarabağda həlak olması ilə bağlı Rusiya prezidenti Vladimir Putindən üzr istəyib və dərin hüznlə başsağlığı verib.


Sentyabrın 21-də məlum olub ki, Rusiya sülhməramlı kontingentinin regiondakı komandirinin müavini İvan Kovqan Dağlıq Qarabağda atışma zamanı həlak olub.
 
Canyataq kəndi ərazisində sülhməramlıların müşahidə məntəqəsindən qayıdarkən Rusiya hərbçilərinin olduğu avtomobil atəşə tutulub. Nəticədə 4 nəfərin öldüyü deyilir. 
 
Rusiya tərəfi hələlik ölənlərin sayı barəsində dəqiq məlumat verməyib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM