Azad olunmuş ərazilərdə torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək.
Bu "Torpaq icarəsi haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, torpaqları işğaldan azad edilmiş kənd və qəsəbələrin sakinləri icarəyə götürə biləcəklər. İcarəyə götürən şəxsin həmin kənd və qəsəbənin sakini olması kimi bir məcburiyyət də yoxdur. Sahibkarlıq subyektlərinə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Millət vəkili bildirib ki, dəyişiklik eyni zamanda əhalinin məşğulluğunun da təmin olunmasına hədəflənib.
O, bildirib "Torpaq icarəsi haqqında" qanuna təklif olunan dəyişiklik parlamentin Aqrar siyasət komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !