Qarabağda yaradılan yeni iş yerlərinin sayı artıb

11:54 | 21.08.2024
Qarabağda yaradılan yeni iş yerlərinin sayı artıb

Qarabağda yaradılan yeni iş yerlərinin sayı artıb

2024-cü ilin altı ayında Qarabağda yaradılan yeni iş yerlərinin sayı 840-a çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42% çoxdur.  Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 
 
Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi is­tifadə olunub.
 
Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-qu­ruculuq işlərinə, təqribən, 12 milyard ma­nata qədər vəsaitin xərclənməsi təmin ediləcək.  
 
Ümumilikdə isə ölkə üzrə altı ayda 4,5 min iş yeri bağlanıb, 45,4 min yeni iş yeri açılıb. Yaradılan yeni iş yerlərinin 1,2% Qarabağın payına düşüb. 
 
Gülnar 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti