Qarabağda yaşayan ermənilərin həyatı daha yaxşı olacaq - PREZİDENT

11:41 | 09.03.2023
Qarabağda yaşayan ermənilərin həyatı daha yaxşı olacaq - PREZİDENT

Qarabağda yaşayan ermənilərin həyatı daha yaxşı olacaq - PREZİDENT

Qarabağda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq. Bunu prezident İlham Əliyev martın 9-da Bakıda işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.
 
"Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşayırlar",- prezident vurğulayıb.
 
2023-cü il martın 1 də Milli Məclisin deputatı Ramin Məmmədov Xocalıda  Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
 
Görüş zamanı Azərbaycanın Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
 
Milli Məclisin deputatı Hikmət Babaoğlu mətbuata açıqlamasında bildirib ki, bu görüşün Qarabağ icmasının Azərbaycana reinteqrasiyası məsələsinin müzakirəsi, onların humanitar problemlərinin həlli ilə bağlı məsələlərə baxılması üçün vacibdir.
 
"Bu günki görüşdə çox güman ki,  Azərbaycanda yaşayan erməni icmasının nümayəndələri öz problemlərini  dilə gətiriblər. Məsələnin mahiyyəti bundan ibarətdir. Erməni icmasının əsas məqsədi humanitar problemlərinin həll olunmasıdır. Azərbaycan vətəndaşlığının verilməsi məsələsi indiki mərhələdə müzakirə olunması hələ tezdir. Qarabağda yaşayan erməni icmasının bu prosesə hazırlaşması məsələsi gündəmə gələ bilər,''- deputat vurğulayıb.
 
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
 
Seperatçı respublikanın xarici işlər nazirliyi bəyan edib ki, sülh prosesi və bu kimi görüşlərin nəticəsi ancaq beynəlxalq təşkilatların iştirakı ilə qəbul edilə bilər.
 
Hazırda Azərbaycan ərazisində 10 min nəfərdən artıq digər millətlərin nümayəndələri yaşayırlar. Azərbaycan müxtəlif etnik və dini qrupların yaşadığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 
 
Aytac Zeynalova

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM