Qarabağdakı erməni əhalinin təhlükəsizliyi üçün müvafiq addımlar atıla bilər - Şahramanyan

12:24 | 20.09.2023
Qarabağdakı erməni əhalinin təhlükəsizliyi üçün müvafiq addımlar atıla bilər - Şahramanyan

Qarabağdakı erməni əhalinin təhlükəsizliyi üçün müvafiq addımlar atıla bilər - Şahramanyan

Qarabağda erməni əhalinin təhlükəsizliyi üçün müvafiq addımlar atıla bilər. Bunu separatçı rejimin "prezidenti" Samvel Şahramanyan Təhlükəsizlik Şurasının geniş iclasında çıxışı zamanı deyib. 
 
Beynəlxalq aktorların "Artsaxda" yaranmış vəziyyətə və onun aradan qaldırılmasına reaksiyası adekvat deyil, heç bir əməli addım atılmır, bunun əsasında "Stepanakert"in prioritet məqsədi olan insanların fiziki təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq addımlar atmağa məcbur ediləcək", - o bildirib. 

Bildirilib ki, Təhlükəsizlik Şurasının iclasında "Artsax"ın bütün keçmiş "prezidentləri" də iştirak ediblər. 
 
Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda lokal antiterror əməliyyatına başlandığını elan edib.

Əməliyyatın məqsədi Qarabağda "genişmiqyaslı təxribatların” qarşısını almaq, həmçinin Ermənistan ordusunun bölmələrinin tərksilah edilərək bölgədən çıxarılması olacaq.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Ermənistan qoşunlarının hələ dəQarabağ ərazisində qalması ilə bağlı bəyanatlarını rədd edib.


Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti