Qarabağdakı şirkətlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edildi

14:26 | 26.01.2023
Qarabağdakı şirkətlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edildi

Qarabağdakı şirkətlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edildi

Azad edilmiş ərazilərdəki rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib.

Bu, Prezident İlham Əliyevin "Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısını Nazirlər Kabinetinin təsdiqlədiyi iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumundan azad edilir.

Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını bir ay müddətində təsdiqləyib dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM