Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfuqarov deyib. Onun sözlərinə görə, heç kim sülhməramlıların səlahiyyətləri və vəzifələrinin nədən ibarət olması ilə bağlı suala cavab vermir:
Ölkəmizdə həm hökumət, həm də ictimaiyyət və müxalifət tərəfindən sülhməramlı qüvvələrin və müşahidə missiyasının fəaliyyətinə iradlar səslənir. Lakin 10 noyabrdan sonra bu, olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır.
Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb.
Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədəuyğundur, çünki bu ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı.
İctimai müzakirənin özü, qanuni cəhətdən məcburi xarakter daşıyan mətn üçün əsas olacaq ictimai gözləntilərin çərçivəsini müəyyənləşdirərdi.
Dumanlı, hüquqi qeyri-müəyyənlik Vətən Müharibəsi dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır...” (qaynarinfo)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !