Qarabağdakı sülhməramlıların saxta bəyanatı yayıldı

21:57 | 25.11.2022
Qarabağdakı sülhməramlıların saxta bəyanatı yayıldı

Qarabağdakı sülhməramlıların saxta bəyanatı yayıldı

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin (RSK) adından Teleqram kanalında saxta bəyanat yayılıb.

Yeniavaz.com xəbər verir ki, kanalın qeyri-rəsmi olmasına baxmayaraq, "Sputnik Armenia” da daxil olmaqla bir çox erməni KİV-ləri həmin bəyanatı Azərbaycan MN-nin bölgədəki yaşayış məntəqələrinin adları ilə bağlı bu gün yaydığı məlumata cavab kimi yayımlayıblar.

Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi NEWS.ru-ya açıqlamasında bildirib ki, RSK adından bəyanatın yayıldığı Teleqram kanalının nazirliklə əlaqəsi olduğu barədə məlumatsızdır. O, vurğulayıb ki, bu cür xəbərlərdə Rusiya Müdafiə Nazirliyinin ancaq, rəsmi hesablarından istifadə olunur.

Yayılan saxta bəyanatda Rusiya Silahlı Qüvvələri və Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının topoqrafik xəritələri ilə müəyyən edilmiş toponimlərdən istifadə etdiyi bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin bülletenlərində Çardaqlı qəsəbəsinin adının Maqavuz kimi işlədilməsinə etirazını bildirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti