Bildirilib ki, saat 08:00-a kimi 13550 Qarabağda yaşayan erməniəsilli sakin Ermənistan ərazisinə daxil olub.
Rəsmi Bakı bəyan edib ki, Ermənistana getmək istəyənlər üçün şərait yaradılacaq, qalmaq istəyən vətəndaşlar üçün də təhlükəsizliklik tədbirləri aiddiyatı qurumlar tərəfindən həyata keçirilir.
Sentyabrın 24-də Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, Azərbaycanla separatçı rejim arasında əldə olunmuş razılaşmaya əsasən silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq. Keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaq.
Sentyabrın 21-də Yevlaxda Rəsmi Bakı nümayəndələri ilə Qarabağ icmasının erməniəsilli nümayəndələri arasında görüş keçirilib. Nümayəndələr Qarabağda yaşayan əhaliyə üçün qida və yananacağın ehtiyac olduğunu açıqlayıb. Bundan sonra Bakı Qarabağa qida və yanacaq yardımı göndərib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !