"Qarabag" - "Bayer" oyununa biletlərin əksəriyyəti satılıb

15:24 | 02.03.2024

"Qarabag" - "Bayer" oyununa biletlərin əksəriyyəti satılıb

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ” - "Bayer” oyununa 27000 min bilet satılıb.Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Bilet satışı hələ də davam edir. Məhdud sayda biletləri "Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. "Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.

Komandalar arasında ilk matç martın 7-də Bakıda, cavab oyunu isə bir həftə sonra Leverkuzendə olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM