"Qarabağ Kuboku" adlı mini-futbol yarışı keçirilib

11:27 | 12.07.2021

"Qarabağ Kuboku" adlı mini-futbol yarışı keçirilib

11 iyulda Britaniya Azərbaycanlıları Assosiasiyasının və İlkin Quliyevin təşkilatçılığı ilə London şəhərində Qarabağ Kuboku adlı mini-futbol yarışı keçirilib.

Yarışda iştirak edən yeddi komanda adlarını Azərbaycana və Qarabağ savaşına uyğun seçmişdilər. Yarışda 7 komanda iştirak edib, onlardan 6-sı Londonu, biri Mançesteri təmsil edirdi.
 
Komandalar dairəvi yarış keçirib və ilk iki yeri tutan komandalar aralarında final görüşü keçirilib. Finalda "Kaspian" komandası "Qarabağ" komandasını məğlub edərək, çempion olub.
 
Turnirin qalibinə kubok və 1, 2 və 3-cü yerləri qazanan komandaların oyunçularına üzərində Qarabağ müharibəsinin rəmzi olan Xarı Bülbül əks olunan medallar təltif olundu.
 
İştirakçı komandalar bunlar idi:
 
"Caspian FC"
"Qarabag FC"
"Dəmir Yumruq"
"Boz Qurd"
"Old Gentlemen"
"Bayraktar"
"Manchester Polad"





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM