Qarabağ ərazisinin 12%-i minalarla çirkləndirilib. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu gün keçirilən komitə iclasında deyib.
O bilidirib ki, hazırda dünyada mina qurbanlarının üçdə biri uşaqlardır.
Komitə sədri əlavə edib ki, hər ay dünyada təxminən 800 nəfərə şəxs mina qurbanı olur.
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib.
2020-ci il Vətən Müharibəsindən sonra 360-dan çox nəfər mina qurbanı olub.
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb.
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !