"Qarabağ"ın Avropa Liqasındakı oyun təqvimi açıqlandı

20:03 | 30.08.2019
"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. 
Offsideplus.az xəbər verir ki, Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda "Sevilya"ya qarşı keçirəcək. İkinci turda "Düdelanj”ın qonağı olacaq "Qarabağ" 3 və 4-cü turlarda  bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəldiyi Kipr APOEL-i ilə qarşılaşacaq. 
5-ci turda "Sevilya"nın qonağı olacaq Qurban Qurbanovun komandası son turda "Düdelanj"ı qəbul edəcək.
 I tur
19 sentyabr
"Qarabağ" - "Sevilya"
II tur
3 oktyabr
"Düdelanj” - "Qarabağ"
III tur
24 oktyabr
"Qarabağ" - APOEL
IV tur
7 noyabr
APOEL - "Qarabağ"
V tur
28 noyabr
"Sevilya" - "Qarabağ"
VI tur
12 dekabr
"Qarabağ" - "Düdelanj”

www.anews.az
loading...