“Qarabağ”ın Belçika proqramı açıqlandı

20:00 | 19.02.2023
“Qarabağ”ın Belçika proqramı açıqlandı

“Qarabağ”ın Belçika proqramı açıqlandı

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Belçikada "Gent”lə qarşılaşacaq "Qarabağ”ın səfər proqramı müəyyənləşib. 

Ağdam təmsilçisi fevralın 21-i saat 17:00-da Bakıdan yola düşəcək. 

Həmin gün yerli vaxtla 18:30-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:00-da isə komandanın son məşqi (ilk 15 dəqiqəsi mətbuata açıq) keçiriləcək. 

Fevralın 23-ü oynanılacaq "Gent” - "Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00 başlayacaq. Bu komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb