O bildirib ki, Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməkdə davam edir.
"Biz regionda uzunmüddətli və sabit sülhün olmasına maraqlıyıq. Həmçinin, münaqişədən zərər çəkmiş regionların bərpası da diqqətimizdədir. Aİ, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində minaların təmizlənməsi prosesi layihələrini dəstəkləyir", - səfir əlavə edib.
Səfir söyləyir ki, Aİ biznesə yardım çərçivəsində Azərbaycanda 25 min kiçik və orta müəssisəyə dəstək göstərəcək.
"Aİ Azərbaycandakı layihələrə 2 milyard dollar ayırıb və flaqman layihələr elan edib. Avropa İttifaqı və üzv ölkələr Azərbaycanla əməkdaşlıqda sahələr seçib. Onlara ictimai səhiyyə, insan kapitalının artırılması, yaşıl iqtisadiyyat daxildir Aİ Azərbaycana iqtisadiyyatını diversifikasiya etməyə kömək edir. Tvininq kimi layihələrlə Azərbaycana kömək etməyə,ağıllı kənd və şəhər layihələrində də dəstəyə hazırıq.Aİ Azərbaycanın sahibkarlığın inkişafı üzrə səylərini yüksək qiymətləndirir. Azərbaycan həm də Aİ-nin başlıca enerji tərəfdaşlarından biridir və bu sektorda "Cənub Qaz Dəhlizi" böyük rol oynayır. Alternativ enerji sahəsində layihələrin inkişafı da böyük potensiala malikdir", - Mixalko deyib.
Bu gün Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonun da iştirakı ilə Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilir. Tədbirin təşkilatçıları Aİ-nın Azərbaycandakı nümayəndəliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatası, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyidir (AZPROMO). Biznes forumu Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !