Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan rusiyalı filosof Aleksandr Duqin yenə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri şərh edib.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, "moscow-baku” portalına danışan Duqin həmişəki kimi Rusiyanın münaqişənin həllində maraqlı olduğunu diqqətə çatdırıb.
Lakin əlavə edib ki, Rusiya və Azərbaycan münasibətləri bu münaqişədən asılı olmamalıdır: "Fikrimcə, bu prosesin bir neçə mərhələsi var. Birinci mərhələ Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin münaqişə ilə bağlı müzakirə aparmasıdır. Liderlər ermənilər tərəfindən tutulmuş beş rayonun Azərbaycana qaytarılmasına nail olacaqlar. Məndən dəfələrlə soruşurlar ki, bəs iki rayon və Qarabağın taleyi necə olacaq? Mən onun tərəfdarıyam ki, əgər bütün prezidentlər indiki halda 5 rayonun qaytarılmasına razıdırsa, niyə bunu həyata keçirməməliyik. Hesab edirəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri maneələri birlikdə nəzakətlə dağıtmalıdır. Məsələ ondadır ki, 5 rayonun boşaldılması cəmiyyətlərdə təhrif olunmuş formada anlaşılır”.
Duqin iddia edir ki, bu gün kimsə münaqişənin həllini sabotaj etmək istəyir.
"Hesab edirəm ki, bu qlobal elitanın işidir. Məsələ ondadır ki, bu elita Avrasiya materikində təhlükəsizliyin güclənməsində maraqlı deyil”, - deyə o vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !