"Qarabağ"ın rəqibi cəzalandırıldı

21:00 | 22.09.2022

"Qarabağ"ın rəqibi cəzalandırıldı

Fransa Peşəkar Futbol Liqası "Nant" klubunu cəzalandırıb.
 
"Nant" azarkeşləri "Loryan"la səfər matçında (3:2) pirotexniki vasitələrdən istifadə ediblər. Bu səbəbdən klub qarşıdakı iki səfər matçında tərəfdarların dəstəyindən məhrum olacaq. Belə ki, azarkeşlər oktyabrın 2-də "Monako", oktyabrın 9-da isə "Renn"lə görüşlərdə tribunaya buraxılmayacaq.
 
 UEFA Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Nant" Bakıda Ağdam təmsilçisinə 0:3 hesabı ilə məğlub olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb