"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edəcək

20:30 | 27.09.2022

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edəcək

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u heyətini yeni müdafiəçi ilə gücləndirəcək.


"Report" "Fosonline" nəşrinə istinadən xəbər verir ki, Pirey təmsilçisi hazırda 3 arxa xətt oyunçusunun transferini nəzərdən keçirir.


Bunlar fransalı Timote Kolodzeytsak, Elyakim Manqala və serbiyalı Nikola Maksimoviçdir.


"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM