Dünya erməniləri arasında ən varlı biznesmenlərdən biri hesab olunan və Rusiyada çirkli pulların yuyulmasında və mənimsənilməsində ittiham olunan Levon Ayrapetyan Moskva şəhər məhkəməsində özünü pis hiss edib.Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmədə Ayrapetyanın vəkillərinin zaminə buraxılması ilə bağlı vəsatətinə baxılır. O, çıxışında günahsız olduğunu söylədikdən sonra ürəyini tutaraq özünü pis hiss etdiyini bildirib. Bu səbəbdən məhkəmə prosesi avqustun 15-nə qədər təxirə salınıb.Xatırladaq ki, Levon Ayrapetyan Qarabağ ermənilərinə milyonlarla dollar maliyyə yardımı ayırıb və dəfələrlə Azərbaycanın işğal altındakı ərazilərində olub. O, qondarma “DQR” rəhbərliyinin əsas sponsorlarından da biridir. Ayrapetyan Ağdərənin Vəng kəndində doğulub.
Qeyd edək ki, L.Ayrapetyan iyulun 15-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən Monakodan Moskvaya gələrkən “Domodedovo” aeroportunda saxlanılıb. O, çirkli pulların yuyulmasında və məşhur avtoritet Sergey Finaginin cinayətkar qruplaşması ilə əməkdaşlıqda ittiham olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !