Qarabağla bağlı SENSASİON AÇIQLAMA

20:42 | 01.10.2014
Qarabağla bağlı SENSASİON AÇIQLAMA

Qarabağla bağlı SENSASİON AÇIQLAMA

“Mənim fikrimcə, Qarabağ münaqişəsi yaxın vaxtlarda öz həllini tapacaq. Birinci mərhələdə Azərbaycanın işğal edilmiş torpaqları boşaldılacaq, daha sonra Qarabağla bağlı razılaşma əldə olunacaq. Hesab edirəm ki, üç il ərzində bu məsələni həll etmək olar”. Modern.az-ın məlumatına görə bunu haqqın.az saytına müsahibəsində Rusiya Dövlət Dumasının  Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dmitri Savelyev deyib. Deputat bildirib ki, Rusiya siyasi rəhbərliyi məhz bu variantla münaqişəni həll edəcək.İvan Savelyev Rusiyanın Ermənistanla sıx müttəfiqliyinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli  həllinə necə təsir edəcəyi barədə suala isə belə cavab verib: “Bəli, biz Ermənistanla müttəfiqik. Amma Ermənistan Rusiyanın  Qərblə münasibətlərində bizə möhkəm dəstək vermədi. ABŞ-da çəkisi olan erməni lobbisi Kanadanın, Avstraliyanın, Kanadının Rusiyaya qarşı tətbiq etdiyi haqsız sanksiyalara işarə vurmadılar. Buna görə biz dostları sözlərinə görə yox, əməllərinə görə qiymətləndiririk”,-deyə deputat Ermənistanı tənqid edib.Dostluq qrupunun rəhbəri Rusiya-Azərbaycan münasibətlərinin müsbət dinamika ilə inkişafına diqqət çəkib: “Azərbaycan və Rusiya dövlət başçıları bir-birləri ilə əlaqə saxlayır, müxtlif problemləri müzakirə edirlər. Bizim üçün Azərbaycan əhəmiyyətli ölkədir. Biz inamla deyə bilərik ki, Azərbaycan rus dilinin inkişafına görə nömrə birdir. Məhz rus dili bizi bir çox məsələlərdə yaxınlaşdırır”.  Qeyd edək ki,  İvan Savelyev Vladimir Jirinovskinin liderlik etdiyi Rusiya Liberal-Demokrat Partiyasının Dövlət Dumasındakı deputatıdır. O həm də Rusiya Dövlət Dumasının maliyyə bazarı üzrə iş komitəsinin sədr müavinidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM