Qarabağla bağlı yeni təklif

16:03 | 06.11.2014
Qarabağla bağlı yeni təklif

Qarabağla bağlı yeni təklif

"Münaqişəniİran və Türkiyə olmadan həll etmək çətin olacaq"

 

Rusiyanınİctimai Palatasının üzvü, politoloq Maksim Şevçenkonun fikrincə, ErmənistanınGömrük İttifaqına daxil olması Dağlıq Qarabağ münaqişəsinin həll olunmasındaböyük rola malik ola bilər.

ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, rus politoloqbildirib ki, tərəflər münaqişənin həll edilməsi yolunda nailiyyət əldəetməsələr də, yayda baş verən atışmalardan sonra danışıqların davametdirilməsinin özü də uğurdur.

O həmçinin qeyd edib ki, əslində Ermənistanın Gömrükİttifaqına qəbul edilməsi Azərbaycan üçün də sərfəlidir. Maksim Şevçenkonunfikrincə bununla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi sürətlənə bilər.“Bundan başqa, bu, Azərbaycanın tranzit yollarının da qısalmasına imkan yaradacaq.Bu, indi uzaq gələcək olaraq görünsə də, irəliləyişin əldə olunmasında böyükaddım olardı”, - deyə Maksim Şevçenko bildirib.

Politoloq Dağlıq Qarabağ münaqişəsinin Avropa və ABŞ-ınköməyilə həll edilməyəcəyinə əminliyini də bildirib. Onun fikrincə, Qərb CənubiQafqazda təsir nöqtəsinin olması üçün münaqişənin həllinin uzadılmasındamaraqlıdır. Bununla belə, ekspert Qarabağ münaqişənin İran və Türkiyəniniştirakı olmadan həll etməyin çətin olacağını da deyib.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM