“Qarabağın Ermənistana heç bir dəxli yoxdur” - Sarkisyan

15:30 | 25.08.2014
“Qarabağın Ermənistana heç bir dəxli yoxdur” - Sarkisyan

“Qarabağın Ermənistana heç bir dəxli yoxdur” - Sarkisyan

Gömrük İttifaqının (Gİ) heç də bütün üzvləri Ermənistanı öz sıralarında görmək istəmirlər.

Anspress.com xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan çoxu qız olan gənc jurnalistlərlə söhbəti zamanı bildirib.  "Həqiqətən, Gömrük İttifaqının heç də bütün üzvləri Ermənistanın ora qoşulmasına sevinmir". - deyə o vurğulayıb. Dövlət başçısı amma bunun səbəbini açıqlamayıb. Yalnız onu deyib ki, ölkəmiz problemləri olan kiçik dövlətdir, yəqin ki, Gİ-nın üzvləri üçün bir sıra problemlər yaradır. Deməyib ki, əsas səbəb Ermənistan ordusu tərəfindən Azərbaycana məxsus Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işağl edilməsidir. Bunu Minskdə və Astanada yaxşı başa düşürlər. Yalnız Moskva istisnadır, bunun da səbəbi var. Ermənistan Cənubi Qafqazda Rusiyanın hərbi bazalarının olduğu yeganə dövlətdir, ona görə də Ermənistanın Gİ-yə girməsi ilə bağlı qərarı bir təhər yeridərdi. Amma bununla belə, Rusiya Gİ üzvləri qarşısında güzəştə getməyə məcbur oldu və etiraf etdi ki, Dağlıq Qarabağın Ermənistana heç bir dəxli yoxdur. Serj Sarkisyan həmçinin bildirib ki, Gİ-yə girdikdən sonra ölkədə çox şey dəyişəjək. Düzdür, prezident konkret olaraq nəyin dəyişəcəyini və bundan nə gözləmək olacağını bildirməyib. Görünür, hər dəfə iqtisadi möcüzə vəd verib və bu, baş tutmayıb, buna görə ciddi bir şey deməyib. S.Sarkisyan görüşdə daha bir sensasiyalı bəyənat verib. Sən demə, Ermənistan vətəndaşlarının çoxu ölkəni iqtisadi çətinliklərdən və ədalətsizlik üzündən deyil, disporanın maqnit kimi cazibədar olması üzündən tərk edirlər. "İkincisi isə bizdə başa çatmamış Dağlıq Qarabağ müharibəsi var və bir çox vətəndaşaları, xüsusilə də valideynləri bu çox qorxudur", - deyə o bildirib. Həm də qeyd edək ki, Avropa Birliyi ölkələrinin çoxu öz ərazilərinə Ermənistandan miqrant girişinə kəskin məhdudiyyət qoyub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM