Qarabağın "lideri" erməni kəşfiyyatına rəhbər gətirilir

15:54 | 09.07.2014
Qarabağın "lideri" erməni kəşfiyyatına rəhbər gətirilir

Qarabağın "lideri" erməni kəşfiyyatına rəhbər gətirilir

Arkadi Qukasyan qondarma Qarabağ respublikasına yenidən rəhbər gətiriləcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı hakimiyyətdəki etibarlı mənbələrinə istinadən yayıb.Məlumatda Qukasyanın 2017-ci ildə Qarabağın “prezidenti”, hazırkı “lider” Bako Saakyanın isə Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri gətiriləcəyi deyilib. Artıq Bako Saakyanın ətrafı da bununla bağlı informasiyanı təsdiqləyib. Mətbuat Qukasyanın hakimiyyətə gətirilməsinin digər bir səbəbinin isə onun Rusiya ilə olan yaxınlığı ilə əlaqələndirib. Məhz bundan sonra rusların Qarabağda istədikləri bütün planları həyata keçirə bilmək imkanına sahib olacağı söylənilib. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM