Ağdamın “Qarabağ” klubu tarixinin rekorduna imza atıb.
ANN.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasında ardıcıl 12-ci səfər matçında xal qazanıb.
Zaqatalada “Simurq”la qolsuz heç-heçə edən ağdamlılar sonuncu dəfə məhz bu rəqibə uduzmuşdu. Bu il martın 12-də səfərdə “Simurq”a məğlub olan “Qarabağ” həmin vaxtdan rəqib meydanlarını xalsız tərk etmir.
Son 12 səfər matçında 7 qələbə qazanan və 5 heç-heçə edən Qurbanovun yetirmələri 1993/94 mövsümündəki rekordunu arxada qoyub. Həmin vaxt “Qarabağ” ardıcıl 11 səfər oyununda uduzmamışdı.
12.03.2013
Simurq (Zaqatala) - Qarabağ (Ağdam) - 1:0
07.04.2013
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 1:2
21.04.2013
Bakı - Qarabağ (Ağdam) - 0:1
28.04.2013
Qəbələ - Qarabağ (Ağdam) - 0:2
09.05.2013
İnter (Bakı) - Qarabağ (Ağdam) - 0:0
04.08.2013
İnter (Bakı) - Qarabağ (Ağdam) - 1:2
25.08.2013
Qəbələ - Qarabağ (Ağdam) - 0:1
13.09.2013
Rəvan (Bakı) - Qarabağ (Ağdam) - 1:1
28.09.2013
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 0:0
20.10.2013
Sumqayıt - Qarabağ (Ağdam) - 0:3
27.10.2013
Xəzər Lənkəran - Qarabağ (Ağdam) - 0:3
09.11.2013
AZAL (Bakı) - Qarabağ (Ağdam) - 1:1
30.11.2013
Simurq (Zaqatala) - Qarabağ (Ağdam) - 0:0
Ümumilikdə isə Azərbaycan rekordu “Şəmkir”ə məxsusdur. Qərblilər ardıcıl 23 səfər matçını məğlubiyyətsiz tərk edib. “Kəpəz”in 19, “İnter”in 15 məğlubiyyətsiz səfər oyunu var. “Qarabağ”ın rekordu isə bu siyahıda 8-ci yerdədir.
ANN.Az