Qaraçıların uşaqların ayaqqabılarını oğurlaması xəbərinə RƏSMİ MÜNASİBƏT

21:30 | 03.06.2020
Mingəçevirdə qaraçıların uşaqların ayaqqabılarını oğurlaması ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb.

Yeniavaz.az xəbər verir ki, bu barədə saytımıza DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

M. Mənsimov bildirib ki, yeniavaz.com saytında dərc olunan yazı ilə bağlı Polis Şöbəsinin əməkdaşları tərəfindən uşağın valideyni ilə əlaqə saxlanılıb, bir daha şikayət və tələbinin olub-olmaması barədə soruşulub, ancaq o heç bir şikayətinin olmadığını bildirib. İstənilən halda vətəndaşların hər hansısa bir müraciəti olarsa, bu barədə DİN-in "102” Zəng Mərkəzi Xidmətinə və ya aidiyyatı şəhər və ya rayonun polis orqanlarına məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, ötən gün saytımızda Mingəçevirdə repititor yanına gedən uşaqların ayaqqablarınının oğurlanması ilə bağlı xəbər yayımlanmışdı.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM