• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Qaradağ İcra Hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb

Qaradağ İcra Hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb
16.05.2024 10:46
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Həsənov Bəxtiyar rüşvət alarkən yaxalandığına görə, cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.
 
"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Həsənov Bəxtiyar Rafiq oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaqla Bəxtiyar Həsənovun Lökbatan qəsəbəsində yerləşən torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsinə köməklik göstərilməsi üçün ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

B.Həsənovun xidməti otağında aparılmış axtarışla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Toplanmış sübutlarla Bəxtiyar Həsənova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir", - məlumatda qeyd olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Cəmiyyət 23:57
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Tərtərdə məktəb binası yanıb
Cəmiyyət 22:58
Tərtərdə məktəb binası yanıb
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol