Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yarımtikilidə uçqun baş verməsi barədə məlumat daxil olub.Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə birmərtəbəli istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış vətəndaş - 1989-cu il təvəllüdlü Babayev Bəhruz Əbülfət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !