Qaradağda yük avtomobilləri toqquşub,xəsarət alan var

09:47 | 16.06.2024
Qaradağda yük avtomobilləri toqquşub,xəsarət alan var

Qaradağda yük avtomobilləri toqquşub,xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
 
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford” markalı yük avtomobili yolda dayanan "Kamaz” markalı yük avtomobilinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür