ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı ətrafında söz-söhbət səngimək bilmir.
"Ölkə.Az" onun mülklərinin ardınca hazırda ATV-də çalışan ən yaxın adamlarının siyahısını əldə edib.
Həmin siyahını olduğu kimi təqdim edirik. Qeyd edək ki, Qaradağlının yerinə CBC telekanalının direktoru Azər Xəlilov təyin olunub.
Nicat Sadıqlı - ATV-nin xəbərlər departamentinin redaktorudur. Vüqar Qaradağlının telekanaldakı ən yaxın 2-3 adamından biri hesab edilir. Hətta 2013-cü ildə Sadıqlının ATV-də işə başladığı bir il olsa da, Qaradağlı onun adını jurnalistlərə verilən ev siyahısına saldırmışdı. Sadıqlının ev almağından sonra departamentin daha uzun müddət staja malik redaktoru Ceyhun Səfər Qaradağlının bu qərarına etiraz etdiyinə görə, onun adı builki mənzil alanlar siyahısında olmadı.
Emil Əliyarlı - Xəbərlər departamentinin koordinatoru. Nicat Sadıqlının qeyri-rəsmi köməkçisi.
Azər Əliyev - Telekanalın təhlükəsizlik xidmətinin rəisi. Qeyd edək ki, V.Qaradağlı onu "Lider" telekanalından ATV-yə təhlükəsizlik xidmətinin rəis müavini kimi gətirmişdi.
Zaur Baxşəliyev - ATV-nin aparıcısı. Qeyd edək ki, "Ümid var" verilişində yığılmış pulların bölgüsündə bu şəxsin adı hallanır. Qeyd edilir ki, bir müddət öncə telekanala kömək üçün müraciət edən Vüsal adlı oğlan üçün 100 min manat yığılmışdı. Vüsalın əməliyyatı üçün lazım olan 40 min manat xərclənsə də, digər 60 min manat haqda heç bir hesabat verilmədi.
Xatırladaq ki, Vüsal əməliyyatdan bir neçə gün sonra vəfat etdi.
Lalə Azərtaş - "ATV xəbər"in aparıcılarından olan bu xanım Azərbaycanın ən çox istirahət edən aparıcılarındandır. İstirahətinin böyük hissəsini xaricdə keçirən Azərtaş da Qaradağlının yaxın adamlarından sayılır.
Sənubər xanım (soyadını dəqiqləşdirmək mümkün olmadı-red.) - kadrlar idarəsinin müdiri.
Baş mühasibin müavini Lalə (soyadını dəqiqləşdirmək mümkün olmadı-red.) də Qaradağlıya yaxın şəxslərdəndir. O Sevda adlı baş mühasibin yerinə təyin edilib.
Tural Nəbiyev - Vüqar Qaradağlı və qaynı Rauf Dadaşovun şərik işlətdiyi "Panorama" restoranının administratoru, restoranın şou poroqramını koordinasiya edən şəxs. Eyni zamanda ATV-də prodüser vəzifəsində çalışırdı.
Vüqar Qaradağlının Nərmin adlı köməkçisi.
Baş proqram direktorunun müavini olan Nərmin adlı xanım da keçmiş prezidentin yaxın silahdaşlarından hesab edilir.
Nəmənd Rüstəmov - Vüqar Qaradağlıyla "Lider" tekelanalında birlikdə çalışıb. Hazırda "ATV+"un direktorudur.
Rauf Dadaşovun ən yaxın adamı olan Taleh adlı şəxs isə ATV-də baş prodüser vəzifəsini yerinə yetirir.
Taleh adlı baş prodüserin Xəyal adlı köməkçisi həmçinin ATV-nin nəqliyyat xidmətinin koordinatoru vəzifəsində çalışır.
Musiqi departamentinin rəhbəri Alik isə həm Dadaşovun, həm də Qaradağlının yaxın dostudur.
İlhamə Bədəlova - "Həkimsən" verilişinin aparıcısıdır.
Fərid Rəsulov - Rauf Dadaşovun yerlisi (hər ikisi Neftçala rayonundandır-red.) və ən yaxın adamı. Yeri gəlmişkən, Rəsulovun aparıcısı olduğu "İş həmişə var" verilişinin böyük şirkətlərdə apardığı çəkilişlər pullu imiş.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !