Qaragenin və Çurkinin timsah göz yaşları - KÖŞƏ

14:05 | 08.08.2014
Qaragenin və Çurkinin timsah göz yaşları - KÖŞƏ

Qaragenin və Çurkinin timsah göz yaşları - KÖŞƏ

Kamal Əli

Bu günlərdə xarici tribunalardan təəccüb doğuracaq qədər bir-birinə oxşar və yalan iki bəyanat səsləndi.

İlk çıxış edən şəxs Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Çurkin oldu. Əgər Rusiyanın bu qədər yüksək səviyyəli rəsmisi Ukrayna dövlətinin qanuni olmamasına eyham edərək bu dövləti "Kiyev hakimiyyəti" adlandırırsa, bu, artıq hiddət doğurur. Metroda cibdən telefon qapazlayırmış kimi Krımı oğurlamış ölkə, min illərlə kədərlərini və sevinclərini bölüşmüş qonşu slavyan ölkəsini Kiyev hakimiyyəti adlandırır. Artıq ayıbdır və aydındır ki, bu nitqin sonrakı hissəsi saxta olacaq.Sonra Çurkin "insaniyyət", "qadınlar və uşaqlar", "humanitar kömək" kimi kəlmələrdən istifadə etməklə Rusiya Federasiyasının Luqansk və Donetskdə əzab çəkənlərə kömək etmək niyyətindən bəhs etdi. Və "Kiyev hakimiyyətini" bununla razılaşmamaqda ittiham eləməkdən çəkinmədi.Ukraynada vətəndaş müharibəsini qızışdırmış, onun ərazisini işğal etmək üçün böyük vəsaitlər sərf etmiş, indiysə separatçıları yüngül və ağır silahlarla, tanklarla və artilleriyayla təchiz edən, Rusiya jurnalistlərini siyasi təxribatçılara çevirən ölkənin nümayəndəsinin timsah göz yaşları.BMT-ın Təhlükəsizlik Şurasının başqa nümayəndələri ona qısa cavab verdilər. Amerikalı aydın şəkildə dedi ki, Ukrayna-Rusiya sərhəddindən separatçılar üçün ağır hərbi texnika və döyüşçülər keçir. Cinayətkarlara kömək etməyə son ver, onları təslim olmağa və saxta bayraqlarını endirməyə səslə, Luqanskda və Donetskdə dəstələri burax və orada Slavyanskda olduğumu kimi sülh və əmin-amanlıq olacaq. Bu şəhərdə güllələrdən və mərmilərdən artıq həlak olan yoxdur.Amma Rusiya Federasiyası Kiyevi separatçılarla danışıqlara getməyə və döyüşləri qurtarmağa çağırır. Yəni quldurlar Ukraynayla müharibədən imtina etməməlidir, əksinə, Ukrayna dövləti silahlı quldurlara təslim olmalıdır?Bax, elə buna görə də Çurkinin çıxışı məndə hiddət doğurdu.Eynilə bu cür ikinci alçaq müraciət baş erməni keşiş İkinci Qaragen tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadəyə olmuşdur.Yenə yalan, sinizm, müraciət edənin fikirini anlamayan partnyoru axmaq yerinə qoymaq. Qaragenin Gürcüstanın baş keşişi İkinci İlya ilə danışığını xatırlayıram. Özündən yaşlı insana qarşı tərbiyəsiz, kobud rəftar. Gürcüstandan erməni kilsələrinə xüsusi status verməyi xahiş edirdi. Gürcülər status verdilər.Və bir daha humanizm və insan həyatının dəyəri haqqında. Qaragen! Erməni əsgərinin və ya vətəndaşının həyatını həqiqətən dəyərli bilən şəxs onu öz qanuni torpağında yaşamağa çağırmalıdır və Ermənistanı beynəlxalq-tanınmış sərhədlərini müdafiə etməlidir. Əgər sən – Qaragen, - öz xalqını təcavüzə, işğala, qətllərə, soyqırıma xeyir-dua verirsənsə, onda işğalçı ölkənin ənənəvi liderinə insansevərlik nitqlərilə müraciət etmək utancvericidir.Çurkinin və Qaragenin ağzından yalan, həyasızlıq, iyrənclik tökülür. Ölüm istəməyənlər cinayətkarlara silah verməz. Qaragen və Çurkin özləri qatillərə mane olmurlar və insanların həlak olmalarını arzulayırlar. Bax, bunda həqiqət var. Heç kəsi aldatmaq mümkün deyil.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM