Qarajda yaşayan şəhid ailəsi - VİDEO

12:38 | 28.01.2021
Qarajda yaşayan şəhid ailəsi - VİDEO

Qarajda yaşayan şəhid ailəsi - VİDEO

Bu qarajda 6 övlad dünyaya gəldi.
 
Uşaqların buranı isti yuvaları bilinir, qarajı ev edilir. Yağış, külək, çovğun olanda qarajda yaşamaq dözümsəzləşir. Axı qaraj divarlarla çərçivələnmiş bir çöldür. Yağış yağanda qaraja da yağır. Amma nə etmək olar? Axı bura da onların yuvalarıdır. Qarajın yuxarı başında odunla yanan bir peç var. Evin oğlu beşiyi olan Nurlan odunları yandırıb ailəsini və evini isidir, bunları qoruyur. Belecə illər ötür. Bu qarajda həm də Nurlanın bacısı övladları da doğulur.
 
Nurlan artıq 18 yaşında olur. Hərbi xidmətə yollanır. Aylar sonra döyüşlər başlayır. Bu dəfə Vətəni qorumaq vədəsi yetişir. Nurlan Füzuli-Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olur. Oğlunun ölümünə dözə bilməyən anası bir neçə gün öncə vəfat etdi. Geriyə olan bu qarajda atası, bacısı və onun uşaqları qalıb.
 
Hazırladı: Samirə Əli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb