• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarayara” təhlükəsi ilə bağlı rəsmi qurumlar məlumat yayıb

“Qarayara” təhlükəsi ilə bağlı rəsmi qurumlar məlumat yayıb
07.06.2024 19:01
Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində "Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə yaydığı məlumatda bildirilib.

Qeyd olunur ki, xəstələrdən birində "Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə "Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülüb və onlar Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Artıq ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb. Məlumat üçün bildiririk ki, "Qarayara” xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol