Qardaşlar “5” alan şagirdlərə hədiyyə payladı, nazirlik dəstək oldu - FOTO

16:15 | 16.05.2019
Bir müddət əvvəl mediada Yeni Ramana qəsəbəsində "İki qardaş” mağazasının yaxınlıqdakı məktəbin əla qiymət alan şagirdlərinə kitab hədiyyə etməsi ilə bağlı məlumatlar yayılıb. 

Təhsil Nazirliyi də bu təşəbbüsü dəyərləndirərək həmin mağazaya 30-dək kitab hədiyyə edib.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Cəsarət Valehov məlumat verib. O, mağazada olduğu zaman əla qiymət alan şagirdlərə hədiyyə də verib.

Qeyd edək ki, mağazada gündəliyində "5” qiymətini göstərən şagirdlərə kitab hədiyyə edilir. (oxu.az)


www.anews.az
loading...

Xəbər lenti