Qarında şişlik və üst hissədə ağrı bu orqanın xərçəngi ola bilər - HƏKİMLƏR

11:54 | 26.01.2020
Qarında şişlik və üst hissədə ağrı bu orqanın xərçəngi ola bilər - HƏKİMLƏR

Qarında şişlik və üst hissədə ağrı bu orqanın xərçəngi ola bilər - HƏKİMLƏR

Qarnın üst hissəsində ağrı ilə yatıb qalxırsızsa, ağrı daha çox sağ qabırğaqaltında olursa, qarnınız və yuxarı hissəsi şişkindirsə, əlinizlə basdıqda yumşaq deyilsə, az yediyinizə baxmayaraq tez doyursunuzsa, bunlar qaraciyərin şiş xəstəliyi və ən azı aşırı piylənməsi ola bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər qaraciyər xərçənginin əlamətsiz başlayıb, sürətlə irəliləməsini səbəb gətirərək, bu orqanın qarında təzahür edən əlamətlərinə qarşı diqqətli olmağa çağırır. Sadəcə köpdür, qazdır deyib qarın şişməsinə biganə yanaşmayın.
Digər əlamətlər:
- İştahsızlıq, tez doymaq, arıqlamaq
- Ürəkbulanma
- Qarının üst bölgəsində sancı, ağrı
- Gözlərin altında sarılıq
- Gecələr tərləmə, titrəmə
- Ağızda acılıq
- Nəcisin rənginin dəyişməsi


Qaraciyər xərçəngi diaqnozunu tapmaq çətin deyil. Bİr USM, KT və bir -iki analiz yetərlidir.
Ən yaxşı halda şiş metastaz verməyibsə, qaraciyər köçürülməsi barədə düşünmək olar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb