Rusiyada 3 günlük hesab olunan körpə meşəyə atılıb və qarışqaların yeminə çevrilib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, uşaq təsadüf nəticəsində tapılıb. İşə getmək üçün qısa yolu seçən və meşədən keçən bir nəfər ağlamaq səsi eşidib, həmin istiqamətə gedib və yarpaqların arasındaəl-qol atan körpəni görüb. Həmin şəxsi dəhşətə gətirən həm də uşağın bütünlüklə qarışqalarla örtülü olması olub. Adının açıqlanmasını istəməyən şəxs təcili uşağı xəstəxanaya çatdırıb.
Həkimlər körpənin göbək bağının hələ üstündə olduğunu müəyyən ediblər. Hazırda uşaq həyata bağlanmaq üçün mübarizə verir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !