"Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar olaraq məktəblərdə davamiyyətlərin azalması müşahidə olunur". Bunu ANS PRESS-ə açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov söyləyib. O, qeyd edib ki, Bakıdakı məktəblərdə qarın yağması ilə əlaqədar olaraq şagirdlərin əksəriyyəti dərsə gəlməyib:"Qarla bağlı məktəblərdə problemlər var. Bu dəvamiyyətə mənfi təsir edir. Bakı şəhərində qarla əlaqədar olaraq tamailə bağlanan məktəb yoxdur. Qarşıdakı günlər qeyri-iş günləri olduğu üçün dərs keçirilməyəcək. Bu iki gündə də qar yağsa da təbii ki, qeyri-iş günü ilə əlaqədar olaraq dərs olmayacaq. Qar yağması ilə əlaqədar olaraq dərsə gedə bilməyənlər üzürlü hesdab olunacaq", - deyə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !