Qarsda xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirildi

15:14 | 10.12.2014
Qarsda xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirildi

Qarsda xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirildi

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olunub.

Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb. Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi də aparılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM